“Sabah”ın rəqibi əsas hədəfini müəyyənləşdirdi - Müdafiə xətti üçün

22:00 İngiltərə 82
“Sabah”ın rəqibi əsas hədəfini müəyyənləşdirdi - Müdafiə xətti üçün

“Barselona” müdafiə xəttini “Mançester Siti”nin futbolçusu Yoşko Qvardiolla gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Kataloniya klubu xorvatiyalı futbolçunu mərkəz müdafiəçisi mövqeyi üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib.

“Mançester Siti” maliyyə pozuntularına görə ciddi sanksiyalarla üzləşərsə, Qvardiolun transferi mümkün ola bilər. Bununla belə, 24 yaşlı futbolçunun yanvarda komandaya keçidi istisna edilir.

Qvardiolun xidmətində PSJ, “Liverpul”, “Bayern”, “Çelsi” və “Əl-Nəsr” də maraqlıdır. O, cari mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti