Premyer Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi

01:40 İngiltərə 60
Premyer Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Sportinfo.az xəbər verir ki, “Tottenhem” oktyabr ayında Premyer Liqada 4 oyun keçirib.

London təmsilçisi bu görüşlərin 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Beləliklə, komanda mümkün 12 xaldan 10-nu toplayaraq ayı məğlubiyyətsiz başa vurub.

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu da müəyyənləşib. Bu ada “Aston Villa”nın hücumçusu Nikolas Cekson layiq görülüb. O, 8 namizəd arasından azarkeşlərin səsverməsi nəticəsində qalib olub.

25 yaşlı hücumçu oktyabr ayında Premyer Liqada keçirdiyi 4 oyunda 4 qol vurub.

Bu, Ceksonun Premyer Liqada karyerası ərzində qazandığı ilk fərdi mükafatdır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...