“Nottingem Forest”in müdafiəçisi Murillo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 24 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Ancaq söhbət qış transfer dövründən deyil, gələn yaydan gedir.
“Mançester Yunayted” müdafiə xəttini gücləndirmək məqsədilə uzun müddətdir Murillonun çıxışını izləyir. “Nottingem Forest” futbolçusunu buraxmaq istəmir. Ancaq sərfəli təklif klubun mövqeyini dəyişə bilər.
Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
