“Stok Siti”, “Bornmut”, “Kristal Pelas” və bir sıra digər klubların sabiq çalışdırıcısı Toni Pyulis məşqçilik karyerası ərzində Fransa imperatoru Napoleon Bonaparta olan marağından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbol matçlarını izləməklə yanaşı, idman ədəbiyyatı və tarixin böyük liderləri haqqında kitablar oxuduğunu da bildirib:
“Nə işlə məşğul oluramsa-olum, daim nələrsə öyrəndiyimi hiss edirdim. Bu, sadəcə, dünyanın müxtəlif yerlərindən futbol matçlarını izləməkdən ibarət deyildi.
Mən çoxlu mütaliə etməyə başladım. İdman ədəbiyyatı ilə yanaşı, keçmişin böyük liderləri haqqında kitablar da oxuyurdum.
Nəticədə, “Bayer”, “Atletik” və o vaxtlar Almaniya futbolunun aşağı liqalarından yüksəlməyə yeni başlayan “Leyptsiq” kimi klublara səfərlərimlə yanaşı, həm də tarixi döyüşləri və mühüm hadisələri öyrənib təhlil edirdim.
Xüsusilə, Napoleon Bonapartla maraqlanırdım. Onun detallara diqqəti və generallarına rəhbərlik etmək bacarığı məni heyran edirdi.
Əsgərləri ona o qədər sadiq idilər ki, sözün əsl mənasında onun uğrunda ölməyə hazır idilər”.
