Bu müdafiəçi “Mançester Siti”dən “Mançester Yunayted”ə gedir?

00:00 İngiltərə 82
Bu müdafiəçi “Mançester Siti”dən “Mançester Yunayted”ə gedir?

“Mançester Siti”nin müdafiəçisi Rayan Ait-Nuri karyerasını Mançesterin digər klubunda davam etdirə bilər.

Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı futbolçunun transferini nəzərdən keçirir və onu yanvarda heyətinə qatmaq istəyir.

Ancaq hələlik “Mançester Siti”nin bu keçidə razılıq verib-verməyəcəyi məlum deyil. Transferin reallaşıb-reallaşmayacağı “şəhərlilər”in qərarından və tərəflərin razılaşacağı maliyyə şərtlərindən asılı olacaq.

Əlcəzairli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 3 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM