100 milyon avroya hücumçu ala bilər - Premyer Liqanın iştirakçısı

22:00 İngiltərə 89
100 milyon avroya hücumçu ala bilər - Premyer Liqanın iştirakçısı

“Tottenhem” “Benfika”nın hücumçusu Vangelis Pavlidisi transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yunan futbolçu London klubunun əsas transfer hədəfidir.

“Tottenhem” onu yanvarda heyətinə qatmağa cəhd göstərə və ya danışıqları yay transfer pəncərəsinə saxlaya bilər.

Lakin “Benfika” hazırda hücumçunun transferi ilə bağlı danışıqlara maraq göstərmir.

Bu səbəbdən, İngiltərə klubu Pavlidisi yalnız onun müqaviləsində nəzərdə tutulan 100 milyon avroluq sərbəstqalma məbləğini ödəməklə transfer edə bilər.

Həmçinin, “Aston Villa”, “Yuventus”, “Milan”, “Atletiko” və “Barselona” da Pavlidislə maraqlanır.

27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti