“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes transfer bazarında böyük maraqla qarşılanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bir neçə klubu portuqaliyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Bildirilir ki, “Old Trafford”da işlər yolunda getməsə, Səudiyyə Ərəbistanı klubları Fernandesin karyerasını davam etdirməsi üçün ciddi alternativə çevrilə bilər.
32 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinir. Onun müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
