"Arsenal"ın qapıçısı David Raya bir gün ölkəsində çıxış etmək istədiyini bildirib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə "Marca" nəşrinə verdiyi müsahibədə danışıb:
"Bəli, bunu çox istəyərdim. Özümü La Liqada sınamaq arzusundayam. Hazırda "Arsenal"da çox xoşbəxtəm, amma şübhəsiz ki, İspaniya çempionatında çıxış etmək təcrübəsi qazanmaq istərdim".
Rayanın sözlərinə görə, İspaniya çempionatı çox rəqabətli olduğundan, orada oynamaq imkanı onun üçün cazibədar perspektiv olaraq qalır. 31 yaşlı qolkiper, həmçinin nə vaxtsa doğma ölkəsinin klubunda çıxış etmək istəyini vurğulayıb:
"Hesab edirəm ki, La Liqa çox rəqabətli çempionatdır. Bəlkə də gələcəkdə İspaniya klubunda oynaya bildim. Mən ispanam və orada çıxış etmək istərdim, bu, dəqiqdir".
