“Mançester Yunayted”in hücumçusu yanvar transfer pəncərəsində klubunu dəyişə bilər

20:25 İngiltərə 103
“Mançester Yunayted”in hücumçusu yanvar transfer pəncərəsində klubunu dəyişə bilər

“Mançester Yunayted”in hücumçusu Markus Reşford yanvar transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın digər təmsilçisi “Everton” ingiltərəli futbolçunun xidmətində maraqlıdır.

Tərəflər arasında mümkün keçidlə bağlı danışıqların aparıldığı və hücumçunun yanvarda “qırmızı şeytanlar”dan ayrılmasının real olduğu bildirilir.

Reşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. O, bu mövsüm Premyer Liqada 6 oyuna çıxıb, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Digər Xəbərlər
Xəbər Lenti