Premyer Liqadakı sürətə heyrətlənrib - Heç vaxt hiss etmədiyi ağrıları yaşayır

17:45 İngiltərə 102
Premyer Liqadakı sürətə heyrətlənrib - Heç vaxt hiss etmədiyi ağrıları yaşayır

“Liverpul”un yayda PSJ-dən transfer etdiyi Bredli Barkola İngiltərə Premyer Liqasında onu ən çox təəccübləndirən məqamdan danışıb.

Sportinfo.az “Acto Foot”-a istinadən xəbər verir ki, fransalı vinger İngiltərə çempionatında futbolun yüksək intensivliyindən heyrətləndiyini etiraf edib.

Onu xüsusilə, nəticə qazanmaq üçün müdafiədə nə qədər çox sürətli qaçış etməyin vacibliyi təəccübləndirib. Barkola “Liverpul”da keçirdiyi ilk oyunlardan sonra əvvəllər heç vaxt hiss etmədiyi ağrılar yaşadığını bildirib.

24 yaşlı futbolçu bu mövsüm İngiltərə çempionatında 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti