“Arsenal” yarımmüdafiəçisi Deklan Raysla müqavilənin müddətini uzatmaq niyyətindədir.
Sportinfo.az “Topskills sports UK”-ya istinadən xəbər verir ki, London klubu ingiltərəli ilə 2028-ci ilin yayına qədər qüvvədə olan müqaviləni daha uzun müddətə uzatmaq istəyir.
“Topçular” komandanın əsas oyunçularından birini heyətdə saxlamaqda israrlıdır.
Deklan Rays 2023-cü ildən “Arsenal”da çıxış edir. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 10 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı İngiltərə millisinin üzvünün bazar dəyərini 120 milyon avro qiymətləndirir.
Onun komandası Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
