“Mən həmişə yaradıcı olmağa çalışıram, qapıya hücum etmək, təhlükə yaratmaq istəyirəm”

20:50 İngiltərə 99
“Mən həmişə yaradıcı olmağa çalışıram, qapıya hücum etmək, təhlükə yaratmaq istəyirəm”

“Çelsi”nin yarımmüdafiəçisi Morqan Rocers oyun üslubu barədə danışıb.

Sportinfo.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu yaradıcı oynamağa, rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışdığını bildirib:

“Mən həmişə yaradıcı olmağa çalışıram. Daim qapıya hücum etmək və təhlükə yaratmaq istəyirəm.

Bu, alınmasa, heç nə baş verməsə belə, müdafiəçilərin mənim hər an nəsə edə biləcəyimi düşünmələrini istəyirəm”.

24 yaşlı futbolçu “Çelsi”yə yayda “Aston Villa”dan transfer olunub. London klubu onun keçidi üçün təxminən 137 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti