“Arsenal” “Real”ın hücumçusu Vinisius Juniora maraq göstərməyə davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu braziliyalı futbolçunun “Real”dakı vəziyyətini öyrənmək üçün nümayəndələr göndərməyi planlaşdırır.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta oyunçunun komandaya keçməyə razı olub-olmayacağını müəyyənləşdirmək istəyir. Cavab müsbət olarsa, İngiltərə klubu transferi reallaşdırmaq üçün ciddi səylər göstərəcək.
Vinisius bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
”Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 27 yanvarda, İngiltərədə keçiriləcək.
