Seneqallı hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır - “Mançester Yunayted”

00:20 İngiltərə 84
Seneqallı hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır - “Mançester Yunayted”

“Kristal Pelas”ın hücumameyilli yarımmüdafiəçisi İsmaila Sarr “Mançester Yunayted”in yanvar transfer pəncərəsi üçün hədəflərindən biridir.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” seneqallı oyunçunu həm cinahlarda, həm də hücumameyilli yarımmüdafiəçi mövqeyində oynaya bilən universal futbolçu kimi dəyərləndirirlər.

Həmçinin, “Nyukasl” və “Sanderlend” də Sarrla maraqlanır. İngiltərə Premyer Liqasından kənarda isə oyunçunun Türkiyə və Səudiyyə Ərəbistanı klublarından təkliflər almaq ehtimalı var.

Sarr 2024-cü ilin avqustundan “Kristal Pelas”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM