“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Arsenal”ın yarımmüdafiəçisi Bruno Gimarayeş “Nyukasl”dan indiki klubuna keçidi barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu keçidin çətin olduğunu söyləyib:
“Nyukasl”da gördüyüm sevgini heç yerdə hiss etməmişdim. Çox yuxusuz gecələr keçirdim.
“Nyukasl”dan ayrılmaq mənim üçün inanılmaz dərəcədə çətin idi. Aramızda xüsusi bir bağ var idi. Ümid edirəm ki, burada, “Arsenal”da da eyni sevgini görəcəm”.
Gimarayeş 2022–2026-cı illərdə “Nyukasl”ın formasını geyinib və yayda “Arsenal”a keçib. O, London klubunun heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 2 qol vurub.
”Arsenal” “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar yanvarın 27-də İngiltərədə qarşılaşacaqlar.
