Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem” maraqlıdır. Hər üç klub yarımmüdafiəçinin çıxışını yaxından izləyir.
Nmeçanın müqaviləsində 80 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. Bu bəndin qüvvədə olma müddəti gələn il iyunun sonuna qədərdir.
26 yaşlı futbolçunun Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir. O, 2023-cü ilin iyulundan “Borussiya”nın formasını geyinir.
