Yeni baş məşqçisini seçdi - Premyer Liqa nəhəngi

18:40 İngiltərə 133
Yeni baş məşqçisini seçdi - Premyer Liqa nəhəngi

“Mançester Yunayted”in rəhbərliyi UEFA Çempionlar Liqasındakı uğursuz nəticədən sonra baş məşqçi Maykl Karriklə yollarını ayıra bilər.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 3-cü turun “Komo” ilə qarşılaşmasında 1:4 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi postuna əsas namizədini müəyyənləşdirib

. Bu, daha əvvəl “Nyukasl”a rəhbərlik etmiş Eddi Houdur. İngiltərəli mütəxəssis hazırda işsizdir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə də uğursuz başlayıb. Komanda 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti