“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin baş məşqçi Maykl Karrikin taktikasını tənqid etməsinə münasibət bildirib.
“Qırmızı şeytanlar” Çempionlar Liqasında “Komo” ilə matçda səfərdə 1:4 hesabı ilə məğlub olub.
Görüşdən sonra Fernandes, Karrikin komandaya daha az pressinq etmək tapşırığı verdiyini və məğlubiyyətin səbəblərindən birinin bu qərar olduğunu söyləyib.
Sportinfo.az “CBS Sports”-a istinadən xəbər verir ki, Karrager, portuqaliyalı futbolçunun açıqlamasını sərt tənqid edib:
“Bruno Fernandesin etdiyi hərəkət biabırçılıqdır. O, ötən mövsüm “ilin oyunçusu” mükafatını qazandı.
Bu da Maykl Karrikin məşqçi kimi fəaliyyətə başlaması sayəsində mümkün olmuşdu. O, sadəcə əvəzləndiyi üçün belə reaksiya verib”.
Fernandes oyuna start heyətində başlayıb və daha sonra 67-ci dəqiqədə Coşua Zirkzeylə əvəzlənib. Zirkze isə əlavə vaxtda komandasının yeganə qolunu vurub.
