Fransa millisinin və “Arsenal”ın sabiq futbolçusu Emmanuel Peti, həmyerlisi Leni Yoronun “Mançester Yunayted”dəki çıxışı barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 20 yaşlı müdafiəçinin “Liverpul”da daha yaxşı çıxış edə biləcəyini düşündüyünü deyib:
“Bu mövsüm “Mançester Yunayted” üçün yaxşı başlamayıb. Leni Yoro komandanın bütün problemlərini həll edə bilməz.
Onu Jeremi Jake ilə müqayisə etsək, görərik ki, onlar tamamilə fərqli şəraitlərdə çıxış edirlər. Yoro hazırda “Liverpul”da oynasaydı, vəziyyət fərqli olardı. O, həmin klubda özünü çox yaxşı göstərə bilərdi”.
Leni Yoro 2024-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
