“Sanki məhlə komandaları oynadı, bu mövsüm daha pis futbol nümayiş etdirirlər”

4 Noyabr 2024 21:40 İngiltərə 573
“Sanki məhlə komandaları oynadı, bu mövsüm daha pis futbol nümayiş etdirirlər”

“Liverpul”un sabiq yarımmüdafiəçisi Ceymi Redknapp İngiltərə çempionatının 10-cu turunda “Mançester Yunayted”in “Çelsi”yə qarşı keçirdiyi oyunu şərh edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, matçı izləməyin çətin olduğunu bildirib:

“Bəzən sanki məhlə komandaları oynayırdı. Matçı izləmək çətin idi.

“Mançester Yunayted” bu mövsüm daha pis futbol nümayiş etdirir.

Komandanın hansı oyunçularının indi yaxşı olduğunu və hansının motivasiyasını itirdiyini başa düşə bilmirəm. Yeni baş məşqçi bunu həll etməli olacaq”.

“Old Trafford”da baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.

“Mançester Yunayted” bu matçdan sonra 12 xalla Premyer Liqada turniri cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”