
İngiltərə Premyer Liqasında VI tur davam edir.
Sportinfo.az xəbər verir ki, “Liverpul” turu qələbə ilə başa vurub.
Mersisayd təmsilçisi doğma azarkeşləri qarşısında “Vest Hem”ə qalib gəlib - 3:1.
Hesabı 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Məhəmməd Salah açıb. Lakin 42-ci dəqiqədə Cerrod Bouen qonaqların bərabərlik qolunu vurub.
60-cı dəqiqədə Darvin Nunyes, 85-ci dəqiqədə Dioqu Jota fərqləniblər və “Liverpul”un qələbəsini rəsmiləşdiriblər.
Bu qalibiyyət sayəsində xallarını 16-ya çatdıran “qırmızılar” ikinci pilləyə yüksəliblər. 10 xalı olan “Vest Hem” yeddinci yerə düşüb.