"Rəqiblərimiz güclənəcək, biz də ən azı eyni şeyi etməliyik"

31 May 2023 10:20 İngiltərə 336
"Rəqiblərimiz güclənəcək, biz də ən azı eyni şeyi etməliyik"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq başa çatan 2022/2023 mövsümü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis son mövsümün onu qane etmədiyini bildirib:

“Bu mövsüm bizi qane edirmi? Xeyr, biz daha yaxşı oynamalıyıq.

Bizim təməlimiz, bazamız var, təkmilləşmək lazımdır. Bu mövsüm qarşıda daha bir oyunumuz var (“Mançester Siti” ilə Federasiya kubokunun final matçı) və bu, növbəti böyük addımı atmaq üçün əla fürsətdir.

2023/2024 mövsümündə daha da yaxşı oynamaq üçün özümüzə olan tələbləri artırmalıyıq. Bilirsiz ki, Premyer Liqada rəqabət çox gərgindir, rəqiblərimiz də güclənəcək.

Biz də ən azı eyni şeyi etməliyik. Çox yaxşı olmalıyıq. Növbəti mövsümdə yuxarı qalxmaq və ilk “2-lik” üçün mübarizə aparmaq istəyirik. Buna görə də, səviyyəmizi yüksəltməliyik”.

MY son mövsümdə Premyer Liqada 75 xalla 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"