İki top buraxdı, Çempionlar Liqasına çıxışını sual altına aldı - VİDEO

17 May 2022 10:00 İngiltərə 819
İki top buraxdı, Çempionlar Liqasına çıxışını sual altına aldı - VİDEO

İngiltərə Premyer Liqasında 37-ci tur çərçivəsində daha bir matç baş tutub.

Sportinfo.az xəbər verir ki, “Nyukasl” “Sent Ceyms Park” arenasında “Arsenal”ı qəbul edib.

Çempionlar Liqasına çıxmaq uğrunda “Tottenhem”lə yarışan “topçular” 2:0 hesabıyla məğlub olaraq öz işlərini daha da çətinləşdiriblər.

Hazırda “Tottenhem” 68 xalla 4-cü, “Arsenal” 66 xalla 5-ci, “Nyukasl” isə 46 xalla 12-ci yerdə qərarlaşıb.

Sonuncudan əvvəlki tura mayın 17-də keçiriləcək “Southempton” - “Liverpul” qarşılaşması ilə yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti