"Neftçi" və "Keşlə"nin futbolçularıözbaşınalıq etdi

25 Fevral 2020 23:30 Azərbaycan Futbolu 802
"Neftçi" və "Keşlə"nin futbolçularıözbaşınalıq etdi

AFFA aşağı liqalarda hakimləri təhqir edən və fiziki təzyiq göstərənlərlə bağlı qərarlarını açıqlayıb.

Sportiнfo.az xəbər verir ki, U-17 Liqasında "Keşlə"nin futbolçusu Azər Fərmanov baş hakimə fiziki təsir göstərib, bunun üçün 5 matçlıq cəzaya məruz qalıb.

U-15 Liqasında isə "Neftçi" İK İB-nin köməkçi məşqçisi hakimə qarşı nalayiq ifadələr işlədib. Qırmızı vərəqə alan mütəxəssisə 5 oyunluq cəza verilib.

U-14 Liqasında “Azəri” TİM-in oyunçusu Orxan Verdiyev, U-13 Liqasında “Şəmkir” Gİİ UGİM-in futbolçusu Əhmədov Əli, U-11 Liqasında isə "Zirə"nin baş məşqçisi Manaf Kələntərli hakimi təhriq ediblər. Hər üç şəxs 3 oyunluq cəza alıb.

Digər Xəbərlər
Xəbər Lenti