"Elxan Məmmədova tamah güc gəlir, AFFA-dan ayrıla bilmir"

24 Yanvar 2020 18:46 Azərbaycan Futbolu 1 047
"Elxan Məmmədova tamah güc gəlir, AFFA-dan ayrıla bilmir"

"Qarşıdakı konfransdan heç nə gözləmirəm. Formal bir şey olacaq. Həmişəki qaydada bir nəfər danışacaq, hamı da ona əl çalacaq, vəssalam!".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un prezidenti Sərdar Bağırov deyib.

AFFA-nın yanvarın 28-də baş tutacaq növbəti konfransında İcraiyyə Komitəsinə (İK) seçki keçiriləcək. Bununla yanaşı, federasiyanın prezidenti və vitse-prezidenti postuna seçkilər olacaq.

Baş katib Elxan Məmmədovun icraçı vitse-prezidentliyə irəli çəkiləcəyi şübhə doğurmur. 2017-ci ilin yazında fəaliyyətini dayandırmış klubun rəhbəri buna münasibət bildirərək deyib ki, E.Məmmədov şəxsi maraqlarını futbolun inkişafından üstün tutur:

"Elxan Məmmədovun icraçı vitse-prezident olub-olmayacağını hələ dəqiq bilimirəm. Əgər onu həmin posta irəli çəkəcəklərsə… Yox, bu adam həmin vəzifəyə layiq deyil.

Ümumiyyətlə, Elxan Məmmədov Azərbaycan futbolundan getməlidir. Qısa və konkret! Başqa heç nə danışmağa ehtiyac yoxdur.

Tək o yox, bütün AFFA rəhbərliyi uzaqlaşdırılmalıdır. AFFA-nın strukturu yenidən qurulmalıdır. Ora işləyən adamlar, futbol veteranları dəvət olunmalıdır. Mütləq normal seçkilər keçirilməlidir, alternativ namizədlər irəli sürülməlidir.

Bir nəfər namizədliyini verir, hamı ona əl çalırır - belə olmaz. Elxan Məmmədovu kimlər dəstəkləyir, futboldakı bu qədər uğursuz idarəçiliyinə, millinin biabırçı vəziyyətə düşməsinə baxmayaraq, kim onu müdafiə edir, kim vəzifədə saxlayır – onlaı bilmirəm, tanımıram.

Amma mən görürəm ki, bu adama tamah hissi güc gəldiyindən, AFFA-dan ayrıla bilmir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!