«Araz-Naxçıvan»da Yuri Maksimovun işinə qarışanlar vəzifəsini itirəcək.
Bu xəbərdarlıq Zaur Axundova məxsusdur.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti yeni baş məşqçinin istəyini qəbul edib və onu dəstəkləyib. Belə ki, ukraynalı çalışdırıcı bəzi funksionerlərin fəaliyyət sahəsinə müdaxilə etməyə çalışdığını bildirib.
Sentyabrın ikinci yarısında «ağ-qırmızılar»ın sükanı arxasına keçən mütəxəssis üzləşdiyi maneələrlə bağlı NFF-nın birinci şəxsinə şikayətlənib.
56 yaşlı sükançı deyib ki, onlar öz adamlarını məşqçi korpusunda yerləşdirməyə cəhd göstərir, eyni zamanda, heyətlə bağlı fikirlərini ona qəbul etdirməyə can atırlar.
Axundov Maksimovun mövqeyinə anlayışla yanaşıb, bir daha belə halların təkrarlanmayacağını söyləyib.
SPORTİNFO.AZ
