Premyer Liqanın 2 klubu anlaşdı - Nazirliyin verdiyi yeri öz aralarında “bölüşdürəcəklər”

16:20 Araz-Naxçıvan 288
Premyer Liqanın 2 klubu anlaşdı - Nazirliyin verdiyi yeri öz aralarında “bölüşdürəcəklər”

«Araz-Naxçıvan» tezliklə ayağını rayonlardan yığışdıracaq.

«Ağ-qırmızılar» Premyer Liqada ev oyunlarını yenidən Bakıda keçirəcək.

Bu barədə saytımıza klubdan məlumat verilib.

Bildirilib ki, komanda rəqiblərini «Baku Arena»da qəbul edəcək. Muxtar Respublika təmsilçisinin rəhbərliyi bununla bağlı «Şəfa»dan olan həmkarlarıyla razılığa gəlib.

Gənclər və İdman Nazirliyinin balansındakı stadionu 10 illik icarəyə götürmüş «Şəfa» buradan «Araz»ın da istifadə etməsinə razılıq verib.

Yuri Maksimovu yaxınlarda sükan arxasına gətirmiş naxçıvanlılar ən azı mövsümün sonunadək «Baku Arena»da məskunlaşacaq.

«Araz» ötən 3 ildə Mərdəkandakı futbol qruğusundan istifadə edib.

AFFA nəzdindəki stadionu «Sabah»a satmaqla, «ağ-qırmızılar»ı yeni məkan tapmaq məcburiyyətində qoyub. Belədə komanda öncə Qəbələyə üz tutub, son olaraq isə Şamaxıya sığınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti