Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun komandası “Bursaspor” Türkiyə 1-ci liqasının 9-cu turunda “Mardin 1969”u qəbul edib.
Sportinfo.az xəbər verir ki, bursalıların son dəqiqə qolu ilə 1:2 hesabı ilə məğlub olması azarkeşlər tərəfindən narazılıqla qarşılanıb.
Yerli mütəxəssislər və fanatların fikrincə, baş məşqçi Mustafa Erin heyət seçimi məğlubiyyətdə həlledici rol oynayıb. Vurğulanıb ki, mütəxəssisin sürpriz qərarlarından biri də Toralı ehtiyatda saxlamaq olub:
“Bursaspor”un 42 minə yaxın azarkeşin önündə “Mardin 1969”a uduzması sürpriz oldu. Mustafa Erin start heyəti hər kəsi təəccübləndirdi.
Bir neçə oyunçu var idi ki, ilk dəqiqələrdən meydanda olmalı idi. Məsələn, Toral Bayramov Azərbaycan millisindən yaxşı formada gəlmişdi.
Baş məşqçi onu nəinki start heyətində meydana buraxdı, heç ehtiyatdan da oyuna qoşmadı. Bu da onun yanlış seçimlərindən biri idi”.
“Bursaspor” hazırda 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.
