“Neftçi”və Premyer Liqaya göz dikən klubdan MARAQLI XƏBƏRLƏR - VİDEO

“Neftçi”və Premyer Liqaya göz dikən klubdan MARAQLI XƏBƏRLƏR - VİDEO

"Sportinfo TV"də yayımlanan "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.

Aytən Mustafayevanın təqdimatında bir neçə xəbər izəyicilərin diqqətinə çatdırılıb.

Bildirilib ki, Çempionlar Liqasının liqa mərhələsində ikinci tura start verilib.

"Sabah" Bakıda ilk görüşünə çıxıb. Azərbaycan çempionu "Slaviya"nı (Praqa) qəbul edib və matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.

UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən, görüşün ən yaxşı futbolçusu 88-ci dəqiqəsində qol vuran Coy-Lens Mikels olub.

EFA-nın təqdim etdiyi statistikaya əsasən, almaniyalı hücumçu 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.

«Neftçi»nin futbolçuları bu həftə 5000 manat qazanmaq fürsətini qaçırıb. Belə ki, «ağ-qaralar» Premyer Liqanın 7-ci turunda «Sabah»ı qonaq edib və «Palms Sports Arena»da keçirilən qarşılaşma qolsuz başa çatıb.

Əgər ev sahibləri bu görşdən 3 xalla ayrılsadı, onların hər birinə yuxarıda göstərilən rəqəm qədər mükafat ödəniləcəkdi.

«Neftçi» matç ərzində bir neçə dəfə hesabı açmağa yaxın olsa da, qonaqların qapıçısı Stas Pokatilov onların sevinməsinə imkan verməyib.

Bu nəticədən sonra «Neftçi» 16 xalla turnir cədvəlinin lideridir. Yuri Vernidubun çalışdırdığı komanda onlarla eyni xala malik «Sabah» və «Qarabağ»ı daha yaxşı top fərqinə görə qabaqlayır.

«Səbail»də toplantı keçirilib. Yığıncaq I Liqanın ilk dörd turuna həsr olunub.

Rəhbərlik məşqçi və futbolçu heyəti ilə görüşdə nəticələrdən narazılığını dilə gətirib.

Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, toplanan 8 xal qətiyyən onları qane etmir. Çünki məqsəd öncədən elan olunub - çempionluq.

Premyer Liqaya birbaşa vəsiqə qazanmaq naminə kollektivə hər cür şəraitin yaradıldığı, bütün istəklərinin qarşılandığı xatırladılıb, bunun qarşılığını vermələri tələb edilib.

Bildirilib ki, vəziyyətin bu cür hal alması yolverizməzdir, nəyəsə göz yummayacaqlar. Birmənalı şəkrldə deyilib ki, yönətim Elnur Abdullayevin arxasındadır və əvvəl olduğu kimi, yenə də ona inanırlar.

Baş məşqçiyə dəstəyini nümayiş etdirən idarəçilər öz məsləhət və tövsiyələrini verib, uğurlu nəticələrin əldə olunması məqsədilə görüləcək yeni tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

Qubaya köçməyə və adını dəyişməyə hazırlaşan «Səbail» dörd turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Sabiq «dənizçilər» bu həftə səfərdə «Zaqatala»nın qonağı olacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?