“Sabah” qazandı, həm özünü, həm də Azərbaycan reytinqdə irəli apardı

14 Oktyabr 11:20 Azərbaycan Futbolu 1 533
“Sabah” qazandı, həm özünü, həm də Azərbaycan reytinqdə irəli apardı

“Sabah”ın Çempionlar Liqasının 2-ci turunda Praqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.

Sportinfo.az xəbər verir ki, bu qələbə ölkəmizin aktivinə 0,500 xal əlavə edib.

Nəticədə Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 xal var.

Azərbaycan klubları cari mövsümdə ümumilikdə 5,625 xal toplayıblar. Maraqlıdır ki, bu göstərici ilə ölkəmiz mövsümün reytinqində 2-ci yerdədir.

Yalnız Portuqaliya Azərbaycandan öndədir. İngiltərə, İspaniya və Almaniya kimi ölkələr isə geridə qalıblar.

Klubların UEFA reytinqində də “Sabah” irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib.

“Qarabağ” isə 36,250 xalla 59-cu sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!