“O, komandada qalacaq və mən də qalmasını istərdim”

13:40 Sabah 108
“O, komandada qalacaq və mən də qalmasını istərdim”

“Sabah”ın yarımmüdafiəçisi Velko Simiç sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, serbiyalı legioner Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya” üzərində qazandıqları qələbə (2:0) və qarşıdakı matçlar ilə bağlı fikirlərini bildirib.

– Qələbə münasibətilə təbriklər. Qalib gəldiniz. Özünüzü necə hiss edirsiniz?

– Özümü əla hiss edirəm. Çempionlar Liqasında qələbə qazandıq. Düşünürəm ki, hamımız özümüzü çox yaxşı hiss edirik.

– “Sabah”ın Çempionlar Liqasındakı şanslarını necə qiymətləndirirsiniz?

– Görəcəyik. Biz hər oyuna ayrı-ayrılıqda yanaşırıq. Artıq iki oyundan birində qələbə qazanmışıq. Düşünürəm ki, bu, başlanğıc üçün çox yaxşı nəticədir. Addım-addım irəliləyəcəyik.

– Bakı Olimpiya Stadionunda oynamaq necə hissdir?

– Burada oynamaq çox xoşdur, əla hissdir. Azarkeşlərin dəstəyi yaxşıdır. “Borussiya Dortmund”la oyunda daha böyük dəstək gözləyirik.

– Rəqibin fiziki mübarizəsi haqqında nə deyə bilərsiniz?

– Çox çətin və fiziki mübarizə baxımından gərgin oyun oldu. Rəqibimiz yaxşı komandadır. Lakin onların fiziki mübarizəsinə çox yaxşı cavab verdik, topla yaxşı oynadığımız anlar oldu və nəticədə qalib gəldik.

– Komanda yoldaşınız Abdulla Xaybullayevin başqa kluba transfer olunmasına dair xəbərlər yayılıb. Bu haqda nə deyə bilərsiniz?

– Bilmirəm, bu, əslində mənə ünvanlanmalı yox, klubun cavab verməli olduğu sualdır. Amma inanıram ki, o, komandada qalacaq və mən də onun qalmasını istərdim.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?