Başqa bir kimsə AĞAya inanmadı - Təkcə ondan savayı

14:40 Araz-Naxçıvan 126
Başqa bir kimsə AĞAya inanmadı - Təkcə ondan savayı

21 sentyabrda “Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Hüseynovun rəhbərlik etdiyi komanda Premyer Liqada ilk 6 turdan sonra 2 xalla 11-ci pillədədi.

Nəticələr istənilən səviyyədə olmasa da, bu qısa dövrdə verilən bəzi qərarların perspektiv baxımından ayrıca qiymətləndirilməsinə ehtiyac var.

Onlardan biri Ağadadaş Salyanski məsələsidir.
“Araz-Naxçıvan” 2026/27 mövsümünə hücum xəttində ciddi dəyişikliklərlə başladı. Ötən mövsüm komandanın hücumunda mühüm rol oynayan Ba-Muaka Simakala və Felipe Santos artıq heyətdə yox idi. Buna görə də yeni hücum xəttinin formalaşdırılması qarşıda duran əsas məsələlərdən biri idi.

Belə bir vəziyyətdə “Neftçi”dən icarəyə götürülən Ağadadaş Salyanskiyə şans verildi.

22 yaşlı hücumçu artıq Premyer Liqa təcrübəsinə malik olsa da, onun qarşısında daha böyük məsuliyyət dayanırdı. Salyanski “Araz-Naxçıvan”da özünü yalnız perspektivli futbolçu kimi yox, əsas hücum xəttinin real namizədi kimi göstərməyə başladı.

Cavid Hüseynovun ona verdiyi etimadın ən yaxşı cavabı isə meydanda gəldi.

Salyanski “Qarabağ”a qarşı oyunda 90+3-cü dəqiqədə fərqləndi. Daha sonra “Şamaxı” ilə qarşılaşmada da qol vurdu.

Sentyabrın ortasında isə futbolçunun özü də “Neftçi”də rəqabətin çox olduğunu və buna görə “Araz-Naxçıvan”a keçidi qəbul etdiyini bildirmişdi. Həmin vaxt Salyanski Premyer Liqada 5 oyunda 2 qol vurmuşdu.

Rəqəmlər Salyanskinin potensialını göstərir

Ağadadaş Salyanskinin karyerasına yalnız cari mövsümün statistikası ilə baxmaq düzgün olmaz.

“Neftçi”nin rəsmi məlumatına əsasən, Salyanski 2022/23 mövsümündən əsas komandanın üzvüdür və 2026-cı ilin avqustunda “Araz-Naxçıvan”a mövsümün sonuna qədər icarəyə verilib. Ağadadaşın “Neftçi PFK”-ın əsas komandasında 50 rəsmi oyunda 9 qol vurub.

alyanski həmçinin Azərbaycan U-19 millisində çıxış edib. O, 2021 və 2022-ci illərdə U-19 toplanışlarına və Avropa çempionatının seçmə mərhələsi heyətlərinə daxil edilib.

Hazırda isə o, Azərbaycan U-21 millisinin də üzvüdür. 2026-cı ilin sentyabrında Salyanski U-21-in Avropa çempionatının seçmə mərhələsi oyunları üçün heyətinə çağırılmışdı.

Cavid Hüseynov artıq “Araz-Naxçıvan”ın başında deyil. Komandanın yeni baş məşqçisi Yuri Maksimovdur və klub sentyabrın sonunda onun rəhbərliyi altında məşqlərə başlayıb.

Bu səbəbdən Salyanski üçün yeni mərhələ başlayır.

Bizim fikrimizcə, Cavid Hüseynovun Salyanskiyə verdiyi şans sadəcə bir məşqçi qərarı kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycan futbolunda gənc yerli hücumçulara verilən imkan baxımından da nümunə ola bilər.

Ağadadaş Salyanski Cavid Hüseynovun ona göstərdiyi etimadı unutmamalıdır. Çünki məşqçinin futbolçuya inanması bəzən karyeranın istiqamətini dəyişən amilə çevrilir.

Amma bundan sonra təşəkkürün ən yaxşı forması sözlər yox, meydandakı performansdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti