Premyer Liqa klubunda 2 yeni məşqçi – SON DƏQİQƏ

8 Aprel 14:40 Araz-Naxçıvan 2 423
Premyer Liqa klubunda 2 yeni məşqçi – SON DƏQİQƏ

Azər Bağırovla vidalaşmaq məcburiyyətində qalan «Araz-Naxçıvan»da 2 günlük istirahət bu gün başa çatır.

Premyer Liqanın son turunda «Kəpəz»ə 1:2 hesabıyla uduzan Muxtar Respublika təmsilçisi saat 15:00-da bir araya gələcək.

Yeni baş məşqçi Elmar Baxşıyev komandanı Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında ilk məşqə çıxaracaq.

«Qəbələ»nin sabiq çalışdırıcısı iki köməkçisini də özüylə bura gətirib. Əvvəlki iş yerində onunla bərabər çalışmış Rasim Ramaldanov və Xaqani Məmmədov «Araz»da işə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti