Azərbaycan klubunun tarixi uğuruna biganə qalmadılar - FOTO

08:40 Sabah 150
Azərbaycan klubunun tarixi uğuruna biganə qalmadılar - FOTO

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması qitənin ali futbol qurumunun da diqqətindən yayınmayıb.

Sportinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının rəsmi sosial şəbəkə hesablarında Azərbaycan təmsilçisinin uğuruna həsr olunmuş paylaşım edilib.

Paylaşımda “Sabah”ın turnirin əsas mərhələsinə yüksəlməsi xüsusi qeyd olunub.

Bakı klubu pley-off mərhələsində Beer-Şeva “Hapoel”ini iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə üstələyərək, tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"