AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və şöbənin əməkdaşları Meksikanın Azərbaycandakı səfirliyində səfərdə olublar.
Sportinfo.az xəbər verir ki, səfər çərçivəsində Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüş keçirilib.
Görüşdə AFFA ilə Meksika tərəfi arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və sosial və ətraf mühit dayanıqlılığı sahəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.
Həmçinin gender bərabərliyinin təşviqi, həyata keçirilən layihələrdə qarşılıqlı iştirak və tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AFFA nümayəndələri tərəfindən səfir Mariya Viktoriya Romero Kabalyeroya hədiyyə təqdim olunub və xatirə fotosu çəkdirilib.


