Sportinfo.az xəbər verir ki, Vəli Qasımov Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunan “Neftçi” (Azərbaycan) və “Spartak Vilnüs” (Litva) veteranları arasındakı yoldaşlıq oyunu haqda açıqlama verib.
Sabiq hücumçu qarşılaşmanın təşkilatçılarına komanda adından təşəkkürünü bildirib və Litvadan Bakıya gələn veteran futbolçulara minnətdarlığını çatdırıb. Qasımov bu görüşün onlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Veteran futbolçunun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika Stadionu onlar üçün çoxlu xatirələrlə bağlıdır:
“Bu meydan bizim üçün xüsusi məna daşıyır. Burada olan futbolçuların əksəriyyəti vaxtilə bu arenada dəfələrlə meydana çıxıb.
Ona görə də yenidən burada bir araya gəlmək bizim üçün həm özəl, həm də qürurverici hissdir”.
