UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə ev oyunu Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov üçün yubileylə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, start heyətində meydana çıxan 30 yaşlı futbolçu sona qədər mübarizə aparıb.
Bu, Məmmədovun əsas millidə 30-cu qarşılaşması olub. Oyunçu geridə qalan müddətdə yığmanın heyətində 1 qol da vurub. Rahil 2018-ci ildən A millinin formasını geyinir.
“Palms Sports Arena”da keçirilən oyunda millimiz Litvanı 1:0 hesabı ilə məğlub edib.
