“Onun Bakıda maşında etdikləri yeniliklər böyük addım idi”

08:00 Atçılıq 128
“Onun Bakıda maşında etdikləri yeniliklər böyük addım idi”

“Formula-1” üzrə “McLaren” komandasının pilotu Oskar Piastri “Red Bull”un Bakıdakı yeniliklərdən sonra ciddi irəliləyiş əldə etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, avstraliyalı sürücü Bəhreyn Qran-prisindən sonra qüvvələr nisbətini dəyərləndirərkən məhz Azərbaycan paytaxtındakı mərhələnin “Red Bull” üçün dönüş nöqtələrindən biri olduğunu vurğulayıb.

“Düşünürəm ki, “Red Bull” burada inanılmaz dərəcədə sürətli idi. Bu, onların ən güclü anı oldu.

Bakıda maşında etdikləri yeniliklər böyük addım idi. Ötən həftəsonu zəif təsnifat olmasaydı, Maks demək olar ki, yarışı qazanacaqdı. Bu həftəsonu isə qalib gəldi. Son iki yarış həftəsonunda çox güclü olublar”, - deyə Piastri bildirib.

O, “McLaren”in hazırkı sürətinin qələbə uğrunda mübarizə aparmaq üçün kifayət etmədiyini də etiraf edib.

“Düşünürəm ki, təxminən “Ferrari” ilə eyni səviyyədəyik, amma bu, qələbələr uğrunda mübarizə üçün kifayət deyil.

Daha da inkişaf etməliyik. Bunu bilirik və irəliləyiş əldə etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə avstraliyalı pilot əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...