“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“in növbəti buraxılışı efirə gedib.
Aytən Mustafayevanın təqdimatında bir neçə xəbər izləyicilərin diqqətinə çatdırılıb.
Məlum olub ki, Gənclər və İdman Nazirliyi (GİN) «Səbail»i sevindirib.
GİN I Liqada mübarizə aparan klubun istəyini müsbət cavablandırıb. Dövlət qurumu onun sərəncamında olan Quba Olimpiya Kompleksini «Səbail»ə icarəyə verməyə razılaşıb.
Sözügedən məkan qarşıdakı 15 il ərzində sabiq «dənizçilər»in ixtiyarında qalacaq. Bu müddətdə arenanın bütün məsrəfləri aşağı liqa təmsilçisi tərəfindən qarşılanacaq.
«Qarabağ»ın yarımmüdafiəçisi Marko Yankoviçin «Çorum»dan istəyi məlum oulb. Monteneqrolu legioner bu mövsüm Super Liqada mübarizə aparan klubdan 800 min avro tələb edib.
Menecerlər vasitəsilə qarşı tərəfə xəbər göndərən balkanlı qış fasiləsində aktiv danışıqlar aparmağa hazır olduğunu bildirib.
Çorumlular isə bu yay Çin, Səudiyyə Ərəbistanı və Yaponiya komandalarından da dəvət almış orta sahə oyunçusuna illik 600 min avro ödəməyə hazırdır.
Monteneqro yığmasının üzvü bu maaşa razı olarsa, onunla 2 illik müqavilə imzalanacaq.
Millimizin sabiq yarımmüdafiəçisi Elvin Camalovun “Sumqayıt”a keçidi son anda baş tutmayıb. Belə ki, Filippe Kandi¬do təklif edilən orta sahə oyunçusun bəyənib və transferi ilə bağlı müsbət razılıq verib.
Tərəflər arasında bütün detallarda razılıq əldə edilib. 30 yaşlı futbolçunun “kimyaçılar”a keçidi artıq an məsələsi olub.
Belə ki, "Sumqayıt" 11 min manat təklif etdiyi halda, bölgə klubu 12 min manat təkliflə Camalova qapılarını açıb. 31 yaşlı orta sahə oyunçusu 2 həftə öncə sabiq komandası ilə 2 illik müqavilə imzalayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
