“Aris”in hədəfindəki "Neftçi"nin legioneri kimdir? - FOTO

11:00 Neftçi 173
“Aris”in hədəfindəki "Neftçi"nin legioneri kimdir? - FOTO

"Neftçi"nin legioneri Sessi Almeyda karyerasını yenidən Kiprdə davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, beninli yarımmüdafiəçini “Aris” (Limassol) heyətində görmək istəyir.

Kipr klubu onun keçidini bu yay heyətini realladırmaq niyyətindədir. Sessi özü də daha çox oynamaq üçün komandasını dəyişməyə müsbət yanaşır.

30 yaşlı afrikalının “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Sessi “Paris”, “Barnsli”, “Blekpul”, “Yovil Taun”, “Valensien”, “Tondela” və “Pau”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik