“Onların çoxlu istedadlı oyunçusu var, bəxtləri gətirməyib”

22:00 Türkiyə 88
“Onların çoxlu istedadlı oyunçusu var, bəxtləri gətirməyib”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Türkiyə yığması ilə keçiriləcək Millətlər Liqası matçı öncəsi gözləntilərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çətin qarşılaşma olacağını söyləyib:

“Edə biləcəyimiz ən böyük səhv bizi asan oyunun gözlədiyini düşünmək olar. Türkiyə millisini sadəcə əvvəlki nəticələrinə görə qiymətləndirməməliyik.

Vinçenzo Montella yaxşı iş görüb, Türkiyənin əla komandası var.

Ola bilsin ki, onlar hazırda ən yaxşı dövrlərini yaşamırlar, lakin unutmamalıyıq ki, Montella onları Millətlər Liqasının A Liqasına yüksəldib və dünya çempionatına çıxarıb.

Onların çoxlu istedadlı oyunçusu var və sadəcə olaraq 2026-cı il dünya çempionatı ilə bağlı bəxtləri gətirməyib”.

Komandalar bu gün Bolonyada üz-üzə gələcəklər. Türkiyə millisi qrup mərhələsində keçirdiyi 3 oyunun hamısında, o cümlədən İtaliya yığmasına qarşı keçirdiyi ev matçında (1:4) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti