Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətində dəyişiklik edilib.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, əsas millinin düşərgəsində olan “Şamaxı”nın yarımmüdafiəçisi Edqar Adilxanov U-21-in düşərgəsinə qoşulub.
O, bundan sonra U-21-in qarşıdakı oyunlarına hazırlıqda iştirak edəcək.
