"Fənərbaxça"nın oyunçusunun xarakter belədir, təkcə bizimlə oyunda bunu etməyib"

19:00 Turan 75
"Fənərbaxça"nın oyunçusunun xarakter belədir, təkcə bizimlə oyunda bunu etməyib"

“Turan Tovuz” yoldaşlıq görüşündə Türkiyə nəhəngi “Fənərbağça” ilə qarşılaşdı.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Sportinfo.az-a açıqlama verən “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov ilk olaraq oyun barədə fikirlərini bizimlə bölüşüb:

"Yoldaşlıq oyunu olmasına baxmayaraq, maraqlı qarşılaşma oldu. Bizim üçün də xoş oldu “Fənərbağça” ilə belə bir oyunda üz-üzə gəlmək. Ehtiram müəllimə belə bir oyun təşkil etdiyi üçün təşəkkürümüzü bildiririk".

Xüsusilə qarşılaşma zamanı İstanbul nəhənginin futbolçusu Guendouzinin hərəkətləri ciddi rezonans doğurdu.

Komanda yoldaşının qırmızı vərəqə almasından narazı qalan fransalı futbolçu hətta “Fənərbağça”nı meydandan çıxarmağa belə cəhd etdi.

Nəcəfov rəqib futbolçunun bu hərəkətlərinə də münasibət bildirib:

"Guendouzinin hərəkətlərinə gəlincə, mənə elə gəlir ki, onun xarakteri belədir. Təkcə bizimlə oyunda yox, bir çox qarşılaşmalarda belə hərəkətlər etdiyini görmüşük.

Stadionda olanlar elə orada da qalır. Oyundan sonra bütün futbolçular bir-birinin əlini sıxıb ayrıldılar. Ümumilikdə, bizim üçün də xoş oldu".“Turan Tovuz” yoldaşlıq görüşündə Türkiyə nəhəngi “Fənərbağça” ilə qarşılaşdı.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Sportinfo.az-a açıqlama verən “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov ilk olaraq oyun barədə fikirlərini bizimlə bölüşüb:

"Yoldaşlıq oyunu olmasına baxmayaraq, maraqlı qarşılaşma oldu. Bizim üçün də xoş oldu “Fənərbağça” ilə belə bir oyunda üz-üzə gəlmək. Ehtiram müəllimə belə bir oyun təşkil etdiyi üçün təşəkkürümüzü bildiririk".

Xüsusilə qarşılaşma zamanı İstanbul nəhənginin futbolçusu Guendouzinin hərəkətləri ciddi rezonans doğurdu.

Komanda yoldaşının qırmızı vərəqə almasından narazı qalan fransalı futbolçu hətta “Fənərbağça”nı meydandan çıxarmağa belə cəhd etdi.

Nəcəfov rəqib futbolçunun bu hərəkətlərinə də münasibət bildirib:

"Guendouzinin hərəkətlərinə gəlincə, mənə elə gəlir ki, onun xarakteri belədir. Təkcə bizimlə oyunda yox, bir çox qarşılaşmalarda belə hərəkətlər etdiyini görmüşük.

Stadionda olanlar elə orada da qalır. Oyundan sonra bütün futbolçular bir-birinin əlini sıxıb ayrıldılar. Ümumilikdə, bizim üçün də xoş oldu".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik