Gürcüstan millisinin oyunçusu Azərbaycana qayıtdı, bu klubla anlaşdı

07:50 Voleybol 190
Gürcüstan millisinin oyunçusu Azərbaycana qayıtdı, bu klubla anlaşdı

Azərbaycanın voleybol klubları yeni mövsüm öncəsi heyətlərini ciddi şəkildə gücləndiriblər.

Transferlər arasında xüsusi diqqət çəkən keçidlərdən biri isə artıq ölkə çempionatında dördüncü mövsümünü keçirəcək gürcüstanlı voleybolçu Məryəm Qaprindaşvilinin “Naxçıvan”a transferidir.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı blokçu Azərbaycanı faktiki olaraq ikinci vətəni hesab edə biləcəyi ölkəyə qayıdıb.

O, yeni mövsümdə Azərbaycan Super Liqasının debütantı “Naxçıvan”ın formasını geyinəcək.

Qaprindaşvili Azərbaycanda ilk dəfə 2019/20 mövsümündə “Azərmaş Abşeron”un heyətində çıxış edib.

Daha sonra 2022/23 mövsümündə “Murov Az Terminal”a keçən voleybolçu növbəti iki mövsümü “Azərreyl”də keçirib. 2025/26 mövsümündə isə Gürcüstan çempionatında V.O.C. Tbilisinin formasını geyinib.

Qaprindaşvilinin Azərbaycandakı ən uğurlu dövrü “Azərreyl”də çıxış etdiyi illərə təsadüf edib. Komanda 2023/24 və 2024/25 mövsümlərində Superliqanın qalibi olub.

Bundan əvvəl isə gürcüstanlı voleybolçu 2022/23 mövsümündə “Murov Az Terminal”la çempionatın bürünc medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...