“Bu, bizi daha da birləşdirdi, çox razıyam” - Yığmamızı çalışdıran

01:50 Milli komanda 111
“Bu, bizi daha da birləşdirdi, çox razıyam” - Yığmamızı çalışdıran

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razı olduğunu deyib:

“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik.

Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam.

Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Pktyabrın 6-da “Əlincə Arena”da keçiriləcək Azərbaycan (U-21) - Cəbəllütariq (U-21) oyunu Bakı vaxtı ilə saat 17:45-də başlanacaq. Qarşılaşma "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"