Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Litvanı Abdulla Xaybulayevin yeganə qolu sayəsində məğlub edib – 1:0.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bununla millidə “siftə” edib.
“Sabah”ın üzvünə millidə ilk dəfə fərqlənmək üçün 12 oyuna çıxmaq kifayət edib. Xaybulayev eyni zamanda yığmada qol vuran 80-ci futbolçu olub.
Maraqlıdır ki, Xaybulayevə qədər millidə fərqlənənlərdən 39-u cəmi qolla kifayətlənməli olub. O
nların arasında milli üzvləri Aleksey İsayev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Vüsal İsgəndərli, Anatoli Nuriyev, Rəhim Sadıxov və Rəhman Daşdəmirov, eyni zamanda karyerasını hələ də davam etdirən Azər Salahlı, Hoccət Haqqverdi, Filip Ozobiç və Ürfan Abbasov kimi futbolçular da var.
