Ruanda millisi yoxlama oyununda Keniya ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Ruanda millisinin heyətində yer alan “Zirə”nin müdafiəçisi Anje Mutsinzi matçda iştirak etməyib. O, qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.
Azərbaycan Premyer Liqasında çıxış edən digər Ruanda millisinin futbolçusu - “Sabah”ın hücumçusu Coy-Lens Mikels isə ikinci hissədə meydana çıxıb. O, 46-cı dəqiqədə Abeddy Biramahireni əvəzləyib.
Ötən mövsum "Zirə"də oynamış Coy-Lens Mikelsin qardaşı Leroy Mikels də qarşılaşmada iştirak edib. O, 61-ci dəqiqədə oyuna daxil olub və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
