Ona gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt verdilər - Gələn ilin yayına qədər

01:40 Almaniya 79
Ona gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt verdilər - Gələn ilin yayına qədər

“Bayern” vingeri Maykl Oliseyə gələcəyi ilə bağlı qərar verməsi üçün gələn ilin yayına qədər vaxt verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Münhen klubunun rəhbərliyi 24 yaşlı futbolçu ilə yeni müqavilə imzalamağa şübhəli yanaşır.

Buna səbəb Olisenin yeni sözləşməyə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə imkan verən bəndin daxil edilməsini tələb etməsidir.

Daha əvvəl mətbuatda fransalı vingerlə “Real”ın maraqlandığı barədə xəbərlər yayılıb.

Olisenin “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. Onun dəyəri 180 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"