“Biz cəmi 40 min əhalisi olan bir ölkəyik. Meydanda cəmi iki peşəkar futbolçumuz var idi.
Azərbaycanın isə 23 peşəkar futbolçudan ibarət heyəti var. Buna görə də oyunun sonunda əldə etdiyimiz nəticəni qeyd etmək istədik”.
bunu Lixtenşteyn yığmasının kapitanı Nikolas Hasler Azərbaycan millisi ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.
Kapitan səfərdə qazandıqları 1 xalı komanda üçün böyük uğur kimi dəyərləndirib:
“Bizim üçün çətin oyun oldu. Müdafiədə çox əziyyət çəkməli olduq.
Azərbaycanın zəif komanda olduğunu düşünmürəm. Məncə, bunu gördük.
Normalda onların qol vurmaq üçün 10, bəlkə də 15 çox yaxşı şansı var idi. Onlar üçün təəssüf ki, bizim üçün isə xoşbəxtlikdən bu imkanlardan istifadə edə bilmədilər.
Bəxtimiz gətirdi və uzun fasilədən sonra Lixtenşteynə 1 xalla qayıda bildik. Buna görə də çox şadıq”.
