“Nəyə qadir olduğumu sərgiləmək istəyirəm, şansımı gözləyirəm”.

22:40 Sabah 106
“Nəyə qadir olduğumu sərgiləmək istəyirəm, şansımı gözləyirəm”.

“Sabah”ın legioneri Timoteuş Puxaç Polşa millisinə dönüşü və son illərdə özü ilə bağlı baş vermiş dəyişiklikdən danışıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Polşa millisinin heyətinə iki illik fasilədən sonra qayıdıb.

O, Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçını ehtiyat oyunçular skamyasında keçirib.

Puxaç hazırda millidə şansını gözlədiyini bildirib. Təcrübəli sol cinah oyunçusunun sözlərinə görə, klubunda dördlü müdafiə xəttində çıxış edir və özünü yaxşı tərəfdən nümayiş etdirir:

“Burada da bunu göstərmək üçün gəlmişəm. Nəyə qadir olduğumu sərgiləmək istəyirəm. Şansımı gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti